Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi BAŞA ÇATIB

image-401backend

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi başa çatıb.

Busaat.az xəbər verir ki, şaid ailəsinin üzvü olan namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla seçim edə biliblər.

Qeyd edək ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Namizədlər 8 vakant yer seçə bilərlər.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.

Bu həftə digər namizədlər üçün də vakansiya seçiminin elan olunacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki