Şəhid oğlu Dünya Robot Olimpiadasında tarix yazdı

image-111backend

Dünya Robot Olimpiadasında tarix yazan Azərbaycanın “Village Boys” komandasının 3 üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Busaat.az xəbər verir ki, Şəki- Zaqatala Regional Təhsil İdarəsindən  verilən məlumata görə, Hacı Hacıyev Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir.

O, 01-03 sentyabr 2023-ci il tarixində Bakı şəhərində keçirilən VI Robot olimpiadasında “Future İnnavation” (Junior) kateqoriyası üzrə I yerə layiq görülüb.

Noyabrın 7-dən 9-dək keçirilən Dünya Robot Olimpiadasında isə 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Azərbaycan Universitetləri səhifəsi yayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90