Şəhidlərimizin övladları 18 Mart Şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş Proqramda iştirak ediblər – FOTO

image-_azpressaz_8eee438fa7a047bae67f99100_obackend
image-uzb_ads_desk

“YAŞAT” Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları “Övladlarımız Tək Ürək” 18 Mart Şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş Proqramda iştirak ediblər.

Proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə 17-18 mart tarixində Ankara şəhərində reallaşdırılıb.

Məqsəd Çanakkale zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaq olub.

Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları iştirak ediblər.

Tarixdə ilk dəfədir təşkil olunmuş bu cür Proqramda türk dövlətlərindən olan şəhidlərin övladları “tək ürək” adı altında bir araya gəliblər.

Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı – Anıtqəbrə ziyarət, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyalar, o cümlədən sərgilər və musiqili tədbirlər təşkil olunub.

Xatırladaq ki, 10-13 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Məhz şəhidlərimizin övladlarının müvafiq Proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutub. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaş aralığında olan övladları qatılıblar.

image-161942556_156789159630433_6102205880945703446_o image-162075189_156789589630390_1396894466877381383_o image-162181447_156789952963687_1940567202917110969_o image-162314556_156789719630377_2969030022323272579_o image-162390096_156788189630530_5607904448865487985_o image-162434285_156788372963845_7583399432072785290_o image-162539047_156790339630315_6483738303104891718_o image-162541731_156790162963666_8524929870195593579_o


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki