Şəhriyar del Gerani AYB-dən və YAP-dan istefa verdi

image-1595589959139_6h9jidvjjpeg-1733467180backend

Tanınmış şair Şəhriyar del Gerani Azərbaycan Yazıçılar Birliyindən (AYB) və üzv olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verdiyini bildirib.

Busaat.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə şair sosial şəbəkədəki paylaşımında bildirib.

Xəbəri “YAP-dan istefa və ya Bioqrafiya şeiri” adı ilə paylaşan Şəhriyar del Gerani giley-güzar da edib.

Şeirdə ailə vəziyyəti barədə məlumat verən şair 19 ildir ki, Bakıda kirayələrdə qaldığını vurğulayıb.

“Kirayədə yaşayıram 19 ildir.
Küçədə yaşamıram
şükür,
amma
evim də yoxdur”, – deyə o qeyd edib.

Daha sonra o, şeirdə istefa verdiyini diqqətə çatdırıb:

“Bu şeirlə çıxıram –
Azərbaycan Yazıçılar Birliyindən! – dən.
Çıxıram
Yeni Azərbaycan Partiyası üzvlüyündən! – dən”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki