Seks işçisi ilə cinsi əlaqədə olan məşhur pianoçu tutuldu

image-liyuabbackend

Çinin məşhur pianoçusu 39 yaşlı Li Yundi ötən gün seks işçisi ilə cinsi əlaqədə olmasına dair edilən basqın zamanı saxlanılıb.

Busaat.az axşam.az-a istinadən xəbər verir ki, Pekində yaşanan hadisə beynəlxalq ictimai rəyin gündəmində müzakirələrə səbəb olub.

Yerli mətbuatda özündən 10 yaş kiçik seks işçisi ilə pul müqabilində cinsi əlaqədə olan Linin adı “Li di”, qadının soyadı isə Çen olaraq qeyd olunub. Şəxsin kimliyini saxta sosial media hesabı açan şəxs ifşa edib. O, xəbərin ölkənin daxili işlər nazirliyi saytında bu cür yer almasının ardından “Ağ və qara arasındakı fərqi aydın görmək lazımdır” şərhini qeyd edib.

Mövzu ilə bağlı nə sənətçi, nə də onun meneceri hər hansı açıqlama yayıb.

Çinin Musiqiçilər Assosiasiyası rəsmi məlumatın ardından Lini üzvlükdən çıxarıb.

Qeyd edək ki, Çin qanunlarına görə, seks işçisi ilə münasibətdə olan kəs 15 günə qədər həbs oluna və 5000 yuan (782 dollar) məbləğində cərimələnə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90