Selcuk Bayraktar bu gün “World Net Summit” konfransında çıxış edəcək

Selcuk Bayraktar bu gün “World Net Summit” konfransında çıxış edəcəkbackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransı bu gün davam edəcək.

Busaat.az  xəbər verir ki, bu gün tədbirdə “Baykar Makina” şirkətinin texniki direktoru Selcuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək.

O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edəcək.

Xatırladaq ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən keçirilən beynəlxalq “InnoWeek–İnnovasiya həftəsi”​ çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi sürətlə inkişaf edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki