Səmimi dostluğun təzahürü

image-serbiyabackend

Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinədəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir; Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Bolqarıstan Respublikası, dostluq, suveren bərabərlik, qarşılıqlı etimad və müxtəlif sahələrdə maraqlarının yaxınlığına əsaslanan hərtərəfli əlaqələrinin yüksək səviyyəsini etiraf edərək, hazırki ikitərəfli münasibətlərinin əsasında dayanan tarixi əlaqələrə və məhsuldar əməkdaşlıq ənənəsinə diqqət yetirərək, 2 dekabr 1999-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyanatının, 7 oktyabr 2004-cü il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə bəyannaməsinin (və 19 sentyabr 2014-cü il) 23 sentyabr 2005-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyənnaməsinin və 19 sentyabr 2014-cü il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin Birgə Bəyənnaməsinin əhəmiyyətini qeyd edərək, Birləşmiş Millətlər təşkilatı Nizamnaməsinin və Helsinki Yekun aktının prinsiplərinə və beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığı kimi prinsiplərinə ciddi şəkildə sadiq olduqlarını təkrar edərək hüququn aliliyi, vətəndaş cəmiyyəti və yaxşı idarəçiliyin təşviqinə, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının prinsiplərinə uyğun olaraq sülhün, demokratiyanın, insan hüquqları və əsas azadlıqların ümumi ideyalarına sadiq olduqlarını qeyd edərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə qarşı təsirli cavab tədbirlərinin işlənib hazırlanmasına birgə töhfə verməyin əhəmiyyətini vurğulayaraq uzunmüddətli əməkdaşlığı möhkəmləndirmək və ümumi fayda naminə əlaqələrini yeni sahələrə genişləndirmək onları keyfiyyətcə yeni xarakter vermək arzusunda çıxış edərək qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə və cəmiyyət arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə münasibətlərini yüksəltmək məqsədi ilə strateji tərəfdaşlığa daxil olduqlarını bununla bəyan edirlər.

Nəsimi rayon 19 saylı tam orta məktəb
Tarix müəlliməsi: Məmmədova Gülnarə Elbrus

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki