
Si Cinpin: “BRİKS ölkələri öz güclərini və əməkdaşlığı birlikdə artırmalıdırlar”
BRİKS-ə üzv dövlətlər birlikdə güclərini və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməlidirlər.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin bildirib.
“BRİKS-ə üzv dövlətlər ilkin məqsədləri qətiyyətlə həyata keçirməli və güclərini birgə gücləndirməlidirlər. Bütün sahələrdə əməkdaşlığı gücləndirmək və yüksək keyfiyyətli tərəfdaşlığı təşviq etmək lazımdır”,- o, BRİKS sammitinin plenar iclasında deyib.
Çin liderinin sözlərinə görə, BRİKS-ə üzv dövlətlərin qarşısında qeyri-sabit beynəlxalq vəziyyətdə məsuliyyətlə hərəkət etmək və sabitliyi təmin etmək vəzifəsi var.
Xatırladaq ki, BRİKS qrupuna Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Onun sammiti avqustun 22-dən 24-dək Cənubi Afrikada keçirilir.


















