Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.85 $▲0.01%
  • WTI neft102.17 $▲0.82%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.019 $▼1.47%
  • Qızıl4 055 $▼0.03%
  • Gümüş53.68 $▼0.79%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.25 ¢▼1.68%
  • Bitcoin81 086 $▼0.20%
  • Ethereum2 353 $▼0.18%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
İqtisadiyyat

Siqaretin qiymətindəki süni artımla bağlı MONİTORİNQ BAŞLADI – RƏSMİ

image-2022-05-20-17-27-16qnoojlev8j7hhcn6ph5v_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır.

Busaat.az xəbər verir ki, bu barədə “report.az”ın sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir.

Bununla belə, Agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi monitorinqlər həyata keçirir. Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.

Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar təqdim olunduğu təqdirdə məsələyə Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılır.

Qeyd edək ki, son bir neçə gündə bəzi siqaretlərin qiymətlərində artım müşahidə olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178780