Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.47 $▼8.74%
  • WTI neft87.91 $▼8.24%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.961 $▲3.13%
  • Qızıl4 073 $▲2.68%
  • Gümüş52.28 $▲4.64%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda602.00 ¢▲1.47%
  • Bitcoin80 155 $▲3.65%
  • Ethereum2 416 $▲6.37%
  • S&P 5007 703▲1.77%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Hadisə

Şirvan xəstəxanasında ŞOK: Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR

image-img_4049
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkimlə xəstə arasında əlbəyaxa dava olub.

Şəhər sakini Arzu Abdullayeva sağlamlıq arayışı almaq məqsədi ilə iyulun 23-də xəstəxanaya müraciət edib.

Məsələ ilə bağlı saytımıza müraciət edən Arzu Abdullayeva xəstəxanada göz həkimi Günel Səfərova tərəfindən döyüldüyünü iddia edib.

“Sağlamlıq haqda arayış almaq üçün göz həkiminin oturduğu kabinetə yaxınlaşdım. Qapının arxadan bağlı olduğunu gördüm. Qapını döydüyüm zaman bir xanım içəridən qapını açaraq “hansı zibillərdir qapını döyən” ifadəsini işlətdi. Mən ona sənəd üçün müraciət etmək istədiyimi bildirən zaman tibb işçisi əsəbi halda qapını üzümə çırpdı. Bu zaman əlim qapının arasında qaldı və dırnağım qırıldı. Daha sonra içəridən çıxan göz həkimi Günel Səfərova mənə hücum etdi. Nəticədə aramızda əlbəyaxa dava oldu. Mənə bir neçə yerdən xəsarət yetirdi. Xəstəxanada hücuma məruz qaldığım üçün əraziyə polis çağırdım.İş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”,- deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı davada adı hallanan göz həkimi Günel Səfərova ilə də əlaqə saxladıq.

Günel Səfərova belə bir hadisənin baş verdiyini təsdiqlədi.

“O xanım çox söz deyə bilər. O, özü mənə xəsarət yetirib.Əlavə münasibət bildirmək istəmirəm”,- deyə həkim bildirib.

image-img_4050

Həkim Günel Səfərova

Məsələ ilə bağlı xəstəxanın direktorun inzibati məsələlər üzrə müavini Murad Rəhimzadə də münasibət bildirib. Onun sözlərinə görə,məsələ hazırda ətraflı araşdırılır.

Qazi anasının döyülməsi iddiası ilə bağlı hazırda Şirvan Şəhər Prokurorluğunda da araşdırma aparılır. İşi aparan müstəntiq İlqar Novruzov saytımıza açıqlamasında bildirib ki,işlə bağlı ətraflı araşdırma aparılır. Fakta əsasən hüquqi qiymət veriləcək.
Qeyd edək ki, xəstəxanada döyüldüyünü iddia edən qadın Vətən Müharibəsi qazisi E.Abdullanın anasıdır./Oxu24.com

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144061