Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.19 $▲0.32%
  • WTI neft101.64 $▲0.30%
  • Avropa qazı (TTF)97.52 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.049 $▼0.49%
  • Qızıl4 063 $▲0.17%
  • Gümüş53.77 $▼0.63%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda610.50 ¢▼0.16%
  • Bitcoin81 414 $▲0.76%
  • Ethereum2 367 $▲0.86%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Siyəzən icra başçısının yaratdığı "Hitler bunkeri"... - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar olaraq ölkənin hər yerində ağacəkmə aksiyası keçirilib. Çox təəssüf ki, bu gözəl aksiya bəzi hallarda qüsurla təşkil edilib.

KONKRET.az xəbər verir ki, bu, özünü Siyəzən rayonunda daha pis şəkildə göstərib. Belə ki, rayonda ağacəkmə aksiyası məktəblərin stadionlarında təşkil edilib. Siyəzən şəhər 6 saylı məktəb-liseyin binası isə aksiyadan sonra daha acınacaqlı duruma düşüb. Təhsil müəssisəsinin 1-ci mərtəbəsi torpaq qatının altında qalıb. Siyəzən şəhər sakinləri dəfələrlə bu barədə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzova müraciət etsələr də, heç bir faydası olmayıb. Əksinə sakinlər bunun qarşılığında rayon rəhbərliyindən kobudluq və biganəlik görüblər.

Siyəzən icra başçısının yaratdığı "Hitler bunkeri"...

Qeyd edək ki, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı keçirilən ağacəkmə aksiyasının bir hissəsi Siyəzən şəhər 6 saylı məktəb-liseyin stadionu və təhsil müəssisəsinin həndəvərində baş tutub. “Məktəbin birinci mərtəbəsi Hitlerin Berlindəki bunkerinə bənzəyir. Ağacların əkildiyi yerlərə baxın. Sinif otaqlarından baxanda açıq səma görünmür. Günəş yalnız qürub edəndə sinfin otaqlarına zəif işıq düşür. Allah eləməmiş, yer bir az silkələnsə, birinci mərtəbənin sinifləri torpaq altında qalacaq”, – deyə sakinlərdən biri vurğulayıb. Vətəndaşlar elə həddə çatıb ki, onlar artıq bu barədə ölkə başçısına müraciət etmək niyyətindədir.

Busaat.az problemlə bağlı video-çəkilişi oxucuların ixtiyarına verir.

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1725