Soçi görüşündən gözləntilər – EKSPERT RƏYİ

image-677-1637944092backend

 Oktyabrın 31-i tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında Soçidə görüş keçirilməsi planlaşdırılır.

Regionda ciddi dəyişikliklərin yaşandığı bir vaxta bu görüşün təşkili ağıllarda bir sıra suallara səbəb olub: Görüş regionda hədəflənən sülh və normallaşma prosesinə nə kimi töhfələr verə bilər? Tərəflərin gündəliklərində hansı məsələlər var və masa ətrafında nələr danışılacaq?

Busaat.az bu suallarla bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib:

image-764115_hubfyoxmwx

 

“Qeyd etmək istəyirəm ki, Praqa görüşünün nəticəsinə görə Oktyabrın sonunda delimitasiya komissiyasının iclası keçirilməli idi. Lakin biz Rusiyanın vasitəçilik imkanlarının genişləndirildiyini müşahidə edirik. Proseslər həm də ötən il cərəyan edən hadisələri xatırladır. Ötən il də Brüsseldə keçirilən görüş öncəsi Noyabrın 26-sı Soçidə mühüm görüş keçirildi və eyni zamanda üçtərəfli bəyanat imzalandı. Digər tərəfdən Brüssel formatına uyğun olaraq Noyabrda növbəti görüşün keçirilməsini nəzərə alaraq Rusiyada tərəfləri qane edən, onların həm də öz siyasi gündəliyinə uyğun bəzi məqamları müzakirə edəcəyi gözlənilir. Məlumdur ki, Vaşinqton görüşünün nəticəsinə uyğun olaraq KİV-də sülh müqaviləsinin şərtləri barədə müəyyən məlumatlar yayılmışdı. Hətta Ermənistanda buna qarşı ciddi təzyiqlər də oldu. Ötən gün Ermənistan parlamentinin Hayastan blokunun üzvü, müxalifətçi deputat Hayastan fraksiyasını təmsil edərək burada Ermənistanın qondarma rejimdən imtinanı satqınlıq adlandırmış və Vaşinqton planının ingilis dilində olan versiyasını nümayişkaranə cırmışdır.Vaşinqton planını cırmaq da olar, onu gizlətmək də olar, onu qəbul etməmək də olar, lakin Azərbaycanın milli maraqları , ərazi bütövlüyü, suverenliyi , sərhədlərin toxunulmazlığı prioritet məsələdir. Bu məsələ Azərbaycan üçün qırmızı cizgilərdir”.

Görüş zamanı Rusiyanın öz maraqlarını qorumaq üçün çalışacağına diqqət çəkən politoloq qeyd edib: “Digər tərəfdən Rusiya regional sülhün gücləndirilməsinə töhfə verməyə çalışmalıdır. Məlumdur ki, Rusiya Ukrayna müharibəsi fonunda Rusiya diplomatiyadan bir qədər geri qaldı və təkcə bu il Brüssel formatında 4 görüş keçirildi. Son görüşün Praqada olmasına rəğmən bunu da Aİ-nin vasitəçiliyi ilə keçirilən görüş adlandırmaq olar. Ona görə də düşünürəm ki, Rusiya həm öz mövqeylərinin Cənubi Qafqazda gücləndirməsinə çalışacaq, həm də kommunikasiya xətlərinin açılması məsələsində israr edəcək”.

Gərginləşən Rusiya-Ermənistan münasibətlərini ön plana çəkən ekspert əlavə edib: “Eyni zamanda Rusiya Ermənistan münasibətləri bu gün durğunluq dövrünü yaşayır. Böyük problemlər var. Ermənistan açıq aşkar şəkildə Qərbə meyil göstərir və Rusiyanın təsir dairəsindən çıxmaq üçün çabalayır. Bu baxımdan bu görüşün nəticəsi Kremil üçün böyük maraq doğurur”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki