SON DƏQİQƏ: Azərbaycanda bu qadağa LƏĞV EDİLİR / COVID-19

image-1615272819_karantinde3backend

Azərbaycanda koronavirusa yoluxma siyashısına nəzər yetirsək görərik ki, aktiv yoluxma 31 minin üzərindədir. Gündəlik yoluxmada isə sağalanların sayı yoluxanları üstələyir.

Bu göstəricilərdən sonra maraqlı məqam ortaya çıxır, pandemiya başlayandan etibarən bağlı qalan idman zalları yaxın zamanda açıla bilərmi?

Busaat.az xəbər verir ki, tanınmış həkim Vasif İsmayıl toy və yas mərasimlərinin keçirilməsi, idman zallarının açılması üçün epidemioloji vəziyyətin tam nəzarət altında olmalı olduğunu bildirib:

“Son günlərdə Azərbaycanda koronavirusun üçüncü dalğasının zirvəsini gördük. Bu o deməkdir ki, yaxın 2-3 həftə ərzində üçüncü dalğa Azərbaycanda sönəcək. Bunun səbəblərinə baxmaq lazımdır, görəsən bu dalğa ölkəmizdə niyə zəyif oldu? Yəni yoluxma sayı digər dalğalar ilə müqayisədə azdır. Buna səbəb toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağa, vaksinasiyadan keçən insanlarda immun sisteminin yaranmasını göstərmək olar. Yoluxma sayının aşağı düşməsi müşahidə olunarsa, idman zallarının açılması gözləniləndir. Amma bunu dəqiq demək üçün hələ tezdir, peyvənd taktikasının nə dərəcədə təsirli olduğunu bilməliyik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90