SON DƏQİQƏ: Ordumuz Qarabağda HÜCUMA KEÇDİ, anti-terror əməliyyatı başladı – ÇOX SAYDA ƏSİR VAR

SON DƏQİQƏ: Ordumuz Qarabağda HÜCUMA KEÇDİ, anti-terror əməliyyatı başladı – ÇOX SAYDA ƏSİR VARbackend

Hadrutda erməni terrorçuları tərəfindən Azərbaycan hərbçilərinə qarşı növbəti təxribat hücumu törədilib.

Busaat.az xəbər verir ki, baç verənlərlə bağlı teleqram kanallarında məlumatlar yayılıb:

– Hazırda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bölgədə anti-terror əməliyyatı keçirir;

– erməni terrorçularından əsir götürülənlər var, Ordumuzun şəhid verdiyi haqda da xəbərlər yayılıb;

Qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın dünən yaydığı açıqlama da erməni terrorçularının hücumunun səbəbini anlamağa imkan verir.

“Bildirmək istəyirəm ki, biz Hadrutu, Əsgəranı qaytaracağıq”, – Balasanyan demişdi.

Bu açıqlamadan bir gün sonra Hadrutda edilən terror hücumu ermənilərin planının ərazini yenidən “nəzarət altına almaq” olduğunu təsdiqləyir.

Ötən dəfə keçirilən anti-terror əməliyyatında 170-ə qədər erməni terrorçu əsir götürülmüşdü. Bu dəfə onlar üçün ən unikal şans əsir düşmək olacaq…

Rus sülhməramlıları da baş verənlərə görə cavab verməlidir, ötən dəfə olduğu kimi…/Azsabah.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki