SON DƏQİQƏ: Ordumuz Zəngəzurda daha 7 km irəliləyə bilər – VİDEO

image-photo_133040backend

“Zəngəzurda müharibə ehtimalı yoxdur. Sadəcə sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir. Bunun üçün SSRİ dövründə nəşr edilmiş xəritələrdən istifadə edilir, eləcə də peykdən xüsusi GPS vasitəsi ilə sərhədlər müəyyənləşdirilir. Dövlət Sərhəd Xidməti bu xəritələr əsasında Azərbaycanın sərhədlərini irəli çəkir. Elə yerlər var ki, ermənilər orada 5-7 km irəliləyərək, Azərbaycan torpaqlarına daxil olublar. Biz də öz torpaqlarımızı geri qaytarırıq”.

Busaat.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli bildirib. O bildirib ki, sərhədlər dəqiqləşdirilməsi 10 noyabr razılaşmasında da yer alıb.

Politoloq ermənilərdən Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini də boşaltmalar gərəkdiyini bildirib:

“Kərki kəndi 1992-ci ildə Ermənilər tərəfindən işğal olunub, hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, o kəndi geri qaytarmaq lazımdır. Həmçinin, Qazaxın Ayrım kəndinə od vurub yandırıblar, Aşağı Əksipara, Yuxarı Əksipara kəndlərini də atəşə tutaraq, yerli əhalini oradan çıxmağa məcbur ediblər”.

Q.Hüseynlinin sözlərinə əsasən hazırda əsas gərginlik Qaragöl istiqamətindədir:

“Qaragöl 1984-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə ermənilərə verilib. Bizə məxsus olunan torpaqları geri qaytarmaq istəyirik. Hər iki tərəfin göldən birgə istifadə etməsi məsələsi də hazırda gündəmdədir. Amma son qərarı yenə də Azərbaycanın siyasi rəhbərliyi verəcək”.

Redaktor.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90