Sosial dövlət

image-azerbaycanbackend

Azərbaycan Respublikasının sosial iqtisadiyyat bazası olduqca stabil irəliləyir.

Qeyd edək ki, bu sosial bazaya kölgə iqtisadiyyatı qəti şəkildə təsir etmir. Tam şəffaf şəkildə maddi yardımlar göstərilir.

Sosial dövlətin öncəliyi sosial köməklərin vaxtında, şəffaf şəkildə çatdırılmasını təmin etməkdir. Azərbaycan Respublikasının Təhlükəsizlik xidməti də korrupsiya halları ilə ciddi şəkildə məşğul olur və bu halların azaldılıb olmamasi naminə daim gücləndirilmiş iş rejimində çalışır. Bu məqsədlə biz vurğulaya bilərik ki, sosial məsələlər öz həllini tam şəkildə tapmışdır. Hər hansısa gecikmə və ya müvafiq problem aşkar olunarsa aidiyyatı üzrə qurumlar həmin o problemi tez zamanda həll eləyir. Sosial dövlət dedikdə əhalinin təklif və iradlarını nəzərə alan humanist dövlət başa düşülür. Bu anda da Azərbaycanı bura nümunə gətirmək ən doğru qərar olar. Başqa sözlə hər daim vətəndaşın fikrini nəzərə alan bir dövlət daim irəli addımını rahat şəkildə ata bilər. Çünki əyər hər hansısa xarici basqı yaranmış olarsa dövləti qoruyan həmin o dövlətə möhtac əhali olur. Ona görə də dövlət bunu yaxşı başa düşür və həmin o məzlum əhalinin istəyi üzrə qərarlar verməyə borclanır.Yox əyər özbaşnalıq olub əhalinin istəkləri nəzərə alınmasa korrupsiya və bu tip xoşa gəlməz nüanslar özünü göstərə,və xalqın üsyanına çevrilə bilər. Ona görə də hər zaman xalq dövlətə, dövlətdə xalqa arxalanmalıdır. Çünki dövləti xalqsız, xalqı dövlətsiz ağıla gətirmək olmur. Xalq dövlət üçün, dövlət isə hər zaman xalq üçün var olmalıdır.!!!

Nərmin Xanbutayeva,
Nəsimi rayon gənci

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90