Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft100.28 $▲7.15%
  • WTI neft91.82 $▲5.95%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.983 $▲1.74%
  • Qızıl4 057 $▼2.23%
  • Gümüş51.58 $▼2.86%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.25 ¢▼0.75%
  • Bitcoin75 818 $▼0.08%
  • Ethereum2 231 $▼0.10%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
Siyasət

Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır - RƏSMİ

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Seçki prosesinin ideal keçdiyini desək, bu utopik bir yanaşma olar. Dünyanın heç bir yerində ideal seçki yoxdur”.

Busaat.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov seçkinin hazırki vəziyyətini şərh edən zaman deyib.

O bildirib ki, seçki prosesi çox canlı keçir:

“Seçki maraqlı, emosiyaların tüğyan etdiyi bir prosesdir. Desək ki, namizədlər bir-birinə qarşı tam rəğbətlə yanaşır, bu qeyri-real olar. Bu bir mübarizədir. Proses zamanı istər-istəməz emosiyalar ortaya çıxır. Biz sosial şəbəkələrdə yayılan məlumatları da araşdırırıq. Çox zaman bu şikayətlər bir neçə namizədin əhatəsində tirajlanır. Narazı olan namizədlər, onların müşahidəçiləri prosesə bir qədər hərarətlə yanaşırlar. Namizədlərin qanunları çox səthi bilib nə isə tələb etmələrinə baxmayaraq, seçki dairələrində  onlara çox səbirlə davranılır və qaydalar izah olunur. Seçicilər qaynar xəttə müraciət edirlər ki, namizədlərin nümayəndələri qışqıraraq danışırlar. Bu, qeyri-etik haldır. Bəzən məntəqə seçki komissiyalarının işinə mane ola biləcək hallar yaşanır. Hazırda kifayət qədər şəffaf seçki mühiti maşahidə olunur. Hər hansı neqativ halların olması istisna deyil.

Sosial şəbəkələrdə yayılan mənfi və ya müsbət məlumatların özü belə şəffaflığa xidmət edir. 24 siyası partiya 35 mindən çox müşahidəçi ilə bu prosesə qatılıb. 58 ölkədən 880-dən çox xarici maşahidəçi prosesi izləyir. Bunlar böyük rəqəmlərdir və birbaşa seçkinin açıq olmasına xidmət edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3727