“Space” TV-yə yeni rəhbər təyin olunub

image-0480b893-5fda-3a30-ae51-3530f1b591ae_850backend
image-uzb_ads_desk

“Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Busaat.az xəbər verir ki, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı “Report”a təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki