Sudanda dövlət çevrilişinə cəhd edildi

image-sudanbackend

Sudanda dövlət çevirilişinə uğursuz cəhd edilib. 

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

Məlumata görə, dövlət çevirilişi baş tutmayıb. Bildirilir ki, ordu və nizami qoşun hazırda vəziyyəti nəzarətdə saxlayır. Bununla yanaşı qeyd olunur ki, Xartum şəhərinin küçələrində tanklar görmək mümkündür.

İlkin məlumatlara görə, dövlət çevrilişinə cəhdin arxasında ölkənin keçmiş Prezidenti Ömər əl-Bəşir rejiminin bir qrup funksioneri və tərəfdarı dayanır. Qeyd olunur ki, zirehli qüvvələrin bir neçə zabiti saxlanılıb. Çevirilişə cəhd edənlər əsas olaraq Dövlət Radio Stansiyasının binasını ələ keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90