Sudanda tərəflər razılaşdı: Bəyannamə imzalandı

image-sudanbackend

Sudanda bir aya yaxındır davam edən qarşıdurmanı dayandırmaq üçün ordu ilə Çevik Dəstək Qüvvələri arasında “Ciddə Bəyannaməsi” razılaşması imzalanıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bəyannamə Sudan böhranının həlli üçün ABŞ və Səudiyyə Ərəbistanının Səudiyyə Ərəbistanının Ciddə şəhərində tərəflər arasında başlatdığı danışıqlar nəticəsində imzalanıb.

Bəyannamədə Sudan ordusu və Çevik Dəstək Qüvvələrinin dinc əhaliyə zərər verəcək hər hansı hücumdan çəkinəcəyi bildirilərkən, Sudan xalqının maraqlarının hər iki tərəf üçün prioritet olduğu vurğulanıb.

Bəyannamədə Sudandakı bütün mülki şəxslərdən qarşıdurmanı və mühasirəyə alınan əraziləri tərk etmələri, təxliyələrə icazə vermələri və tərəflərin humanitar əsaslarla elan etdiyi atəşkəs rejiminə riayət etmələri istənilib.

Bildirilib ki, bəyannamə mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım aksiyalarını asanlaşdırmaq məqsədi daşıyır.

Bundan əlavə, hər iki tərəf Sudanın suverenliyini, birliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduqlarını vurğulayıblar.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90