Məzmuna keç
  • Azeri Light122.28 $▼2.47%
  • Brent neft112.68 $▲0.54%
  • WTI neft103.61 $▲0.43%
  • Avropa qazı (TTF)100.10 €▲2.66%
  • Təbii qaz (ABŞ)2.922 $▲0.86%
  • Qızıl4 007 $▲0.07%
  • Gümüş50.99 $▼0.68%
  • Pambıq78.43 ¢▲0.27%
  • Buğda604.00 ¢▼0.45%
  • Bitcoin77 671 $▼0.16%
  • Ethereum2 221 $▼1.23%
  • S&P 5007 720▼0.36%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Son dəqiqə

Şükür Həmidovun şəhid olduğu gündür - Video

image-sukur
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Milli Qəhrəman, Vətən müharibəsi şəhidi Şükür Həmidovun anım günüdür.

Busaat.az xəbər verir ki, o, 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Ailədə 10 uşaqdan biri olan Ş.Həmidov 1993-cü ildə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub, 1995-ci ildə oranı motoatıcı ixtisası üzrə bitirib.

Polkovnik 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Prezident İlham Əliyevin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman hərbçimiz 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 22-də Qubadlının azadlığı uğrunda döyüşlərdə şəhid olub və II Fəxri xiyabanda dəfn edilib.

Şəhid polkovnik ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif olunub.

Şəhidin iki övladı Vətənə yadigar qalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125622