“Sülhməramlılar”dan Xankəndidə TƏXRİBAT: Qarabağ nə Ermənistanındır, nə də Azərbaycanın…

image-1642141647_rusiya-slhmeramli-zabitbackend

“Bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır…”

“Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin hərbçiləri məktəblilərin vətənpərvərlik tərbiyəsi çərçivəsində Dağlıq Qarabağda Saxarov adına ümumtəhsil məktəbində “Sülh” adlı interaktiv dərs keçirib”.

Busaat.az xəbər verir ki, bu məlumat bu gün –yanvarın 14-də Bakı vaxtı ilə səhər saat 06:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.

“İnteraktiv dərsdə 50-dən çox orta məktəb şagirdi iştirak edib. Rusiya sülhməramlıları Rusiyada və dünyanın müxtəlif ölkələrində sülhməramlı qüvvələrin yaradılması və fəaliyyətinin tarixinə qısa ekskursiya edib, həmçinin çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında danışıblar”- xəbərdə belə deyilir.

“Sülh” dərsindən sonra Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə məktəblilərə dəftərxana ləvazimatı dəstləri və şirin hədiyyələr təqdim ediblər.

Zəruri şərh:

Rusiya MN-in yaydığı bu xəbərin üzərindən adi bir məlumat kimi oxuyub keçmək olmaz.
Əvvəla, Azərbaycan ərazisində yaşayan ermənilərin təhsilinə, tədrisinə, mədəniyyətinə, sosial durumuna və s. müdaxilə etmək Rusiya “sülhməramlı”larının missiyasına aid deyil.

İkinci də, yaxşı “Sülh” dərsi keçirsiniz, keçin. Amma niyə məhz 1988-ci ildən bəri özü də, arvadı, erməni mənşəli Yelena Borner də açıq ermənipərəstliyi ilə seçilən Andrey Saxarov adına məktəbdə keçirilir?

Yeri gəlmişkən, video-görüntüdə diqqət edin ki, həmin məktəbin girişindəki adı öncə yuxarıdan rus dilində, sonra aşağıdan ingiliscə yazılıb, ermənicə yazı yoxdur. Sanki bura Rusiya torpağıdır…

Üçüncüsü, erməni məktəblilərin gerçək vətəni Rusiyadır ki, onlara “vətənpərvərlik” tərbiyəsi çərçivəsində “çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında” danışırsınız? Məgər dislokasiya olunduğunuz torpaq Azərbaycan Respublikasının ərazisi deyil və orada yaşayan erməni məktəblilər ilk növbədə Azərbaycan mədəniyyətini, tarixini bilməli deyillər? Bəs Azərbaycandan niyə danışmırsız? Məgər Ali Baş Komandınınız, Rusiya prezidenti V.Putin dəfələrlə vurğulamayıb ki, “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan torpağıdır”?..

Əslində bizim də dəfələrlə dediyimiz kimi, “sülhməramlı”ların davranışlarına impuls verən amil elə məhz Putinin bu mesajında guzlənir. Yəni Putin birbaşa demir ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun “beynəlxalq hüquq baxınından” belə olduğunu vurğulayır. Yəni məntiqlə belə çıxır ki, bu torpaq tarixi və ya mövcud reallıqlar baxımından Azərbaycanın olmaya da bilər. Rusiya lideri bir növ ermənilərə üstüörtülü ümid verir ki, “bu torpaqlar tarixi baxımından sizindir, özünüzü yaxşı aparın, biz də şərait yaradaq, mübarizə aparın, yenidən qaytarın Qarabağı”…

Amma cənab Putin digər yandan da yenə dəfələrlə vurğulayır ki, “Bütün keçmiş sovet respublikalarının ərazisi tarixi Rusiyanın torpaqlarıdır”. Məhz ona görə Rusiya hərbi kontingenti Xocalı ərazisində rus kilsəsi tikir. Tanınmış 10 rus məşhura abidə qoydurur və ermənilərə Rusiya mədəniyyəti mövzusunda vətənpərvərlik dərsi keçirlər… Yəni bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır…

mənbə: Moderator.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90