Sülhməramlılar erməni deputatları Qarabağa niyə BURAXMADI? – ŞOK SƏBƏB

image-photo1649844976-720x403backend

Sülhməramlılar təxribatlara yol verməmək üçün erməni deputatları Qarabağa buraxmayıblar.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. O, erməni deputatların Qarabağa buraxılmamasının səbəbini izah edib.

“Ermənistan parlamentinin deputatlarının Laçın dəhlizi ilə Qarabağ ərazisinə daxil ola bilməyəcəyi məlum olan andan Ermənistan Xarici İşlər Nazirliyi həm Qarabağ, həm də Rusiya hakimiyyəti ilə yüksək səviyyəli əlaqə qurub. Bizi əmin etdilər ki, mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağ ərazisinə daxil olmasına icazə verilmir”, – deyə Mirzoyan bildirib.

Xatırladaq ki, dünən bir qrup müxalif deputat Ermənistan hakimiyyətini Qarabağa getmədiyinə görə, qorxaq adlandırib. Bu gün onlar Laçın dəhlizi ilə Qarabağa səfər etmək üçün gəldikləri Laçın dəhlizindən geri qaytarılıblar.

KONKRET.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90