“Sullivan yüksək səviyyəli Rusiya rəsmiləri ilə əlaqə saxlayır” – Wall Street Journal gizlinləri açdı

image-jake-sulivan-joe-biden-ap_20329686648283backend

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ukrayna məsələsi və nüvə silahının istifadəsi riskini azaltmaq üçün son aylarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə bir sıra məxfi təmaslar aparıb.

Busaat.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ və onun müttəfiqlərinin adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.

Qəzet rəsmilərə istinadən yazır: “Məqsəd gərginlik riskindən qorunmaq və kommunikasiya kanallarını açıq saxlamaq, Ukraynada müharibənin nizamlanması məsələsini müzakirə etməkdir”.

Qəzetin mənbələri tərəfindən dəqiq tarix və ya təmasların sayı göstərilməyib.

Qeyd edək ki, Sallivanın bu kimi təmaslar etməsinə dair xəbərlər hələlik rəsmi təsdiqini tapmayıb.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki