Hacı Zeynalabdin – Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Busaat.az APA-ya istinadən xəbər verir ki, hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.