Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.15 $▼1.52%
  • WTI neft90.45 $▼1.09%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.993 $▲1.25%
  • Qızıl4 083 $▲0.72%
  • Gümüş52.13 $▲1.13%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda593.00 ¢▼0.38%
  • Bitcoin75 595 $▼0.49%
  • Ethereum2 225 $▼0.44%
  • S&P 5007 404▲0.65%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

Suriya Rusiya  ilə Tartus limanının idarə edilməsi müqaviləsini ləğv etdi

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Suriyanın yeni hakimiyyət orqanları Tartus dəniz limanının idarə olunması üçün 2019-cu ildə Rusiya şirkəti ilə imzalanmış investisiya müqaviləsini ləğv edib. Busaat.az xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi məlumat verib.

Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın yenidən qurulması üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, rüsumlar və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.

“Rusiya şirkəti ilə Tartus limanında sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq. Dok işçiləri müqavilədə tələb olunan təkmilləşdirmələr olmadan şirkətin istifadə etdiyi köhnəlmiş avadanlıqları təmir etməyə qayıdacaqlar “dedi Cudi.

Suriya hökuməti Rusiyanın “Stroytransgaz” şirkəti ilə 2019-cu ildə investisiya müqaviləsi imzalayıb. Müqavilə 49 il müddətinə nəzərdə tutulub. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hammudun sözlərinə görə, sənəddə Rusiya tərəfinin limanı idarə edəcəyi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyacağı bildirilirdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156715