Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.33 $▲0.44%
  • WTI neft101.64 $▲0.30%
  • Avropa qazı (TTF)97.52 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.071 $▲0.23%
  • Qızıl4 062 $▲0.13%
  • Gümüş53.89 $▼0.41%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda613.25 ¢▲0.29%
  • Bitcoin81 296 $▲0.61%
  • Ethereum2 363 $▲0.67%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090

Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var... / VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

10 manatlıq qazla sürücülər 200-250 km yol qət edə bildikləri halda, eyni model avtomobillə sürücülər benzin və ya dizellə ən yaxşı halda 100-150 km yol qət edə bilirlər.

Busaat.az xəbər verir ki, məhz bu hal ölkəmizdə qaz avadanlıqlarına marağı kəskin şəkildə artırıb. Ustaların sözlərinə görə, sürücüləri ən çox narahat edən məqam isə bu halın mühərrikə ziyan vurma ehtimalıdır ki, hazırkı avadanlıqlarla belə bir narahatlığa da əsas yoxdur. Üstəlik, müasir avadanlıqlarla təhlükəsizlik də təmin edilir.

Benzin və dizelin qiymətinin artmasından sonra ölkəmizdə avtomobillərə qaz avadanlığı quraşdıranların sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbi isə həm metan, həm də maye qazın qiymətinin dizel və benzindən ucuz olmasıdır. Xüsusilə də metan qazına, başqa sözlə CNG qazına maraq çoxalıb. Sürücülər deyirlər ki, bir kubu 45 qəpikdən satılan metan qazı ilə büdcələrini əhəmiyyətli dərəcədə qənaət edə bilirlər.

Hazırda sürücüləri ən çox düşündürən məqam isə təhlükəsizlik məsələsidir ki, ustaların sözlərinə görə, əgər keyfiyyətli avdanlıqla və əsl mütəxəssislər tərəfindən iş görülərsə hər hansı problem ola bilməz. Üstəlik, bu avadanlıqlar mühərrikə də ziyan vurmur.

Avtomobilə qaz avadanlığının quraşdırılması qiyməti isə bir neçə amilə əsasən müəyyən edilir.

Bu avadanlıq quraşdırılan avtomobillərə 2 il zəmanət verilir və bu avtomabillərə hər 10 min km-dən bir texniki qulluq edilməlidir. Qeyd edək ki, hazırda ölkəmizdə maye qazın bir litri 65 qəpikdən, CNG qazın bir kubu isə 45 qəpikdən satılır. Üstəlik, dövlət neft şirkətindən ötən il verilən açıqlamaya görə, CNG qaz ölkəmizdə istehsal edildiyindən yaxın illərdə onun qiymətində artım gözlənmir. //Xəzərxəbər

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31711