“Şuşa bəyannaməsi ilə nöqtəsi qoyulan proses, ardınca əlavə nöqtələrə də səbəb olacaq…” – ŞƏRH

image-whatsapp_image_2022-06-13_at_09-48-35backend

İyunun 13 – də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi ilə bağlı mediada məlumat yayılıb. Ümumiyyətlə Türkiyənin seçkilərdən sonra formalaşan yeni komandası ilə gələcəkdə Azərbaycan və Cənubi Qafqaz üçün əsas gözləntilər nədir?

Bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Busaat.az – a açıqlama verib:

image-352036902_1212888866093080_4372950015982013215_n

“Qardaş Türkiyədə keçirilən parlament və Prezident seçkiləri, heç şübhəsiz ki, bölgəyə, nəinki Azərbaycana ümumiyyətlə Gürcüstana, Ermənistana, İrana və Türkiyə ilə sərhəd olan ölkələrə də təsirsiz ötüşməyəcəkdir.
Hesab edirəm ki, Türkiyədə formalaşan yeni hökumət tərkibindən asılı olmayaraq Azərbaycan – Türkiyə arasındakı qardaşlıq münasibətləri tarixi köklərə malikdir. “Bir millət və iki dövlət” sözü də hədər yerə deyilməyib. Düşünürəm ki, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq ölkəmizlə münasibətlər sağlam şəkildə qardaşlıq üzərində qurulacaqdır. Bu daim belə də olacaqdır. Bu məsələnin bir tərəfi. İkinci tərəfə gəldikdə isə heç şübhəsiz ki, Türkiyənin hakim partiyası ilə Azərbaycanda mövcud olan hakim partiyanın da ikitərəfli münasibətləri var. Bu münasibətlər də qardaşlıq və dostluq səviyyəsindədir. Paralel olaraq Ərdoğan – Əliyev qardaşlığı, şəxsi münasibətləri faktoru da böyük rol oynayır. Hesab edirəm ki, iki ölkə arasında bu günə qədər olan sıx əlaqələr bundan sonra da dərinləşəcəkdir. Şuşa bəyannaməsi ilə nöqtəsi qoyulan proses, ardınca əlavə nöqtələrə də səbəb olacaqdır. Ölkələrimizin müttəfiqliyini bir qədər də dərinləşdirmək mümkündür. Müstəqilliklərimizin qorunması şərti ilə siyasi birliklər yarana bilər. Misal üçün Turan birliyi yaradıla bilər. Bundan əlavə olaraq da Azərbaycan və Türkiyə arasında bir Konfederasiya yaratmaq da mümkün ola bilər. Ümumiyyətlə bir çox yeniliklər etmək olar. Amma əminliklə sualın mahiyyətinə varsaq, burada hökumətlər arası münasibətlər yox, dövlətlararası münasibətlər mühüm rol oynayır. Bir daha qeyd edirəm ki, bu münasibətlər sağlam köklərə bağlı, qədim münasibətlərdir.”

Bünyamin Bünyadzadə
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki