Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.64 $▼1.71%
  • WTI neft86.74 $▼1.81%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 864 $▼0.15%
  • Gümüş46.69 $▼1.34%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.75 ¢▲0.68%
  • Bitcoin64 507 $▼1.24%
  • Ethereum1 820 $▼0.78%
  • S&P 5007 479▼1.08%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Şuşa Qoruğunun yeni direktoru kimdir - DOSYE

image-1684309800_168430861277806956164648284b6ccf-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyin edilib.

Busaat.az yeni direktorun tərcümeyi-halını təqdim edir.

Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili almış və fərqlənmə ilə bitirib. 2006-2008-ci illərdə Londonda biznes menecment üzrə müxtəlif təhsillər alıb, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Westminster Universitetində Diplomatiya üzrə magistr təhsili alıb.

2016- cı ildə Cambridge Univeristetinə qəbul olub və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsili alıb. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirib.

Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışıb. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik edib. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architetctes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olub, Gəncə şəhərinin baş planının hazırlanmasını icra edib.

2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik edib. Ötən il isə Qoruq İdarəsinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub və ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edirdi./Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109900