“Şuşaya geri qayıtmaq möcüzədir. Ancaq mən möcüzələrə inanmıram” – Erməni qadın

image-lilit-768x403backend

“Stepanakertdə mənzil almaq üçün növbədəyik. Ancaq Şuşiyə geri qayıda bilməyəcəyik. Şuşi həyatımız, ən yaxşı xatirələrimiz, xoşbəxtliyimiz idi. Bu şəhər təmiz havadır. Və bu hava ilə artıq nəfəs ala bilməyəcəyik. Bu şəhərə qayıtmaq mənim üçün ən böyük möcüzə olardı. Ancaq mən möcüzələrə inanmıram”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Euronews kanalına müsahibəsində Lilit adlı erməni qadın deyib.

Reportajda bildirilib ki, müharibə zamanı Dağlıq Qarabağı tərk etmiş çoxsaylı qaçqın arasında bir neçə min nəfər hələ də Ermənistandadır və öz evlərinə qayıtmağa ümid edirlər.

Euronews müxbiri Bastien Borie isə deyir ki, “Buradakı bəzi siyasətçilər Şuşanın diplomatik yollarla qaytarılması ehtimalına inandıqlarını söyləyirlər. Ancaq bu gün Azərbaycan şəhəri möhkəm saxlayır”.

Videoreportajı təqdim edirik:

Konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90