Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.44 $▼0.36%
  • WTI neft101.94 $▲0.59%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼1.14%
  • Qızıl4 081 $▲0.61%
  • Gümüş54.04 $▼0.13%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 230 $▲0.53%
  • Ethereum2 360 $▲0.57%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Tanınmış xarici şirkət Azərbaycan bazarını tərk edir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsveçrənin tanınmış “ABB Global Marketing FZ-LLC” şirkəti Azərbaycan bazarını tərk edir.

“ABB Global Marketing FZ-LLC” şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.

“ABB Global Marketing FZ-LLC” şirkətinin Azərbaycanda istehsalat sahəsi qurmaq planı mövcud idi. Şirkət bu məsələ ilə bağlı araşdırmalar aparacağını açıqlamışdı.

“ABB Global Marketing FZ-LLC” elektrik avadanlıqları, robototexnika, hərəkət mexanizmləri, sənaye avtomatlaşdırma və elektrik şəbəkələri sahələrində dünya liderlərindən biridir.

Xatırladaq ki, 2018-ci ilin Aprel ayında “ABB AS” şirkəti Azərbaycandakı filialının ləğv edildiyini elan etmişdi.

Müraciətdə deyilirdi ki, kreditorlar tələblərini Nizami küçəsi ev 90A, Landmark ofis plaza 12-ci mərtəbədəki ünvana bildirə bilərlər.

Həmin dövrdə “ABB Global Marketing FZ-LLC”dən “Marja”ya bildirilmişdi ki, “ABB AS” şirkətinin Azərbaycandakı filialının bağlanması haqqında xəbərin, Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən “ABB Global Marketinq FZ-LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əlaqəsi yoxdur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2862