Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.42 $▲1.23%
  • WTI neft83.59 $▲1.67%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.375 $▼0.27%
  • Qızıl3 708 $▼0.43%
  • Gümüş45.12 $▲0.07%
  • Pambıq80.19 ¢▲0.11%
  • Buğda595.00 ¢▲1.75%
  • Bitcoin63 780 $▲1.27%
  • Ethereum1 806 $▲1.74%
  • S&P 5007 392▲0.96%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Cəmiyyət

Təhsil Nazirliyinin əməkdaşıyam deyib vətəndaşların pulunu mənimsədi

image-tehsil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şamaxıda özünü nazirlik işçisi kimi təqdim edib vətəndaşların pulunu mənimsəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Busaat.az-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.

Müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=60446