“Təkcə Telman İsmayılovun əlinin olduğuna inanmıram”

image-avrambackend

İllər əvvəl “Çerkizov” bazarının keçmiş sahibi olan azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən döyüldüyü və oğurlandığı deyilən rusiyalı müğənni Avram Russo onun saxlanılmasına münasibət bildirib.

Busaat.az “REN TV”yə istinadən xəbər verir ki, A. Russo T. İsmayılovun saxlanılmasına sevinmədiyini deyib:

“Yəni aramızda anlaşılmazlıqlar olub, amma onun həbs olunması ədalətlidir. Mən, Rusiya Federasiyasının vətəndaşı kimi, zərərçəkmiş kimi həmişə ədalət tələb edirəm. Görək, bundan sonra nə olacaq. Ümid edirəm, onu girov müqabilində buraxmazlar”.

Russo bildirib ki, o, İsmayılovla 1991-ci ildə Kiprdə görüşüb – o vaxt artist milyarderin tədbirlərində çıxış edirdi. Lakin, müğənninin sözlərinə görə, mentalitetlərin fərqliliyinə görə onlar arasında fikir ayrılığı yaranırdı:

“Bütün varlılar kimi, ola bilər, o, özünəməxsus insandır. Onun öz mentaliteti, xarakteri var, onu razı salmaq çətindir. Üstəlik, bizim mədəniyyətlərimiz fərqli idi, mən onu heç vaxt başa düşmürdüm. Bəli, ona görə mənə asan deyildi. Düzü, məhz bunu heç vaxt xatırlamaq istəmirəm. Amma bir şeyi deyə bilərəm: mən həyatda bu yolu keçmişəm. Əgər mənim həyatımı, bütün bunları geri qaytarsaq, onunla münasibətlərimi yenidən nəzərdən keçirərdim”.

Russonun sözlərinə görə, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.

Baş verən hadisədən sonra müğənni İsmayılovla əlaqə saxlamayıb, lakin münaqişə bununla bitməyib. 2006-cı ildə Russoya hücum olunub: müğənninin avtomobilini avtomatdan atəşə tutublar, artist üç güllə yarası alıb.

“Tezliklə bu iş də açılacaq, çünki onunla hüquq-mühafizə orqanları ciddi məşğul olur. Onun həbsi, ekstradisiyası ilə bağlı iş getməlidir. Və o, nəyin necə olduğunu etiraf edəcək. Bunda tək onun əlinin olduğuna inanmıram”, – o qeyd edib.

Qeyd olunur ki, Russo ilə İsmayılov sonuncu dəfə 2017-ci ildə görüşüb. Məhz onda biznesmeni beynəlxalq axtarışa veriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90