Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun bir qrup alimi Yerin litosfer plitələrinin tektonikasının başlama tarixini dəqiqləşdirib.
Busaat.az xəbər verir ki, tədqiqat “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunub.
Onların tapıntılarına görə, dağların əmələ gəlməsi və qitələrin ayrılması prosesləri əvvəlki hesablamalardan xeyli əvvəl başlayıb.
Komandanın tapıntılarına görə, Yer kürəsində plitələrin tektonikası 4 milyard ildən çox əvvəl, yəni planetin 4,5 milyard il əvvəl formalaşmasından qısa müddət sonra başlayıb.
Tədqiqatçılar qeyd ediblər ki, Yer kürəsinin mövcud olduğu ilk vaxtlarda yer qabığının hissələrini hərəkət etdirməyə qadir olan başqa qüvvələr də var idi. Məsələn, bu, böyük bir meteorit zərbəsi nəticəsində baş verə bilərdi.
Ariz Həsənoğlu