Məzmuna keç
  • Azeri Light125.00 $▲0.00%
  • Brent neft113.28 $▲2.79%
  • WTI neft104.25 $▲2.79%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.900 $▼4.23%
  • Qızıl4 020 $▼0.78%
  • Gümüş51.66 $▼3.05%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda607.75 ¢▲1.38%
  • Bitcoin76 551 $▼1.62%
  • Ethereum2 191 $▼2.45%
  • S&P 5007 720▼0.36%
14°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035

Tənzilə Rüstəmxanlı türkiyəli həmkarı ilə görüşdü – FOTO

image-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının sədri, millət vəkili Vedat Bilgin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisində baş tutan görüşdə, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qardaş ölkə Türkiyədə və ölkəmizdə baş verən siyasi proseslərin mahiyyəti və əhəmiyyətindən söz açılıb.

Millət vəkili Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq bildirib ki, qardaş Türkiyənin Bolu bölgəsində yanğın nəticəsində çox sayda insanın həlak olması hər bir soydaşımızı dərindən kədərləndirib.
Həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara tanrıdan şəfa diləyib.

T.Rüstəmxanlı Türkiyənin siyasi təşkilatları və vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, həmçinin Türkiyə ilə vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsindən söz açıb.

Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının sədri, millət vəkili Vedat Bilgin Tənzilə Rüstəmxanlıya millət vəkili kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə müvəffəqiyyətlər arzu edib və qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafı vacibdir.

MüəllifTənzilə Rüstəmxanlı

Xəbəri paylaş

busaat.az/?p=156763