Əgər uzun müddət bir insanla münasibətdə olursunuzsa, bir-birinizi yaxşı tanıyırısınız, nə istədikləriniz bəllidir. Lakin biri ilə ilk dəfə yataqda olduqda hər şeyin fəlakətə dönüşəcəyi ilə bağlı risk var. Bunun baş verməməsi üçün aşağıdakılar bilməlisiniz:
1.Yaxşı hazırlaşın
Hansısa bir şənliyə getdikdə evdə təmizlik işləri aparın. Axşam evə tək gəlməyəcəyiniz ehtimalına hazır olmalısınız. Yatağınız tər-təmiz olmalıdır. Əgər tək yaşayırsınızsa, yatağa əlavə olaraq daha bir balınc qoyun. Yataq otağınızı spa salonuna döndərməyə ehtiyac yoxdur, amma evə gələn qız gərək özünü rahat hiss etsin. Və ən əsası, qoruyucu almağı yaddan çıxarmayın, çünki bu zəruridir.
2.Ünsiyyəti mürəkkəbləşdirməyin
Təsadüfi seksin gözəl tərəfi qeyri-ciddi və könüllü olmasıdır. Buna görə də ünsiyyət analoji tərzdə olmalıdır. Qıza öz çətin uşaqlıq illərinizdən, məktəbdə problemlərinizdən danışmayın. Sadəcə iki dənə kokteyl alıb musiqi, serial və s. mövzular haqqında söhbət edin. Ona gülməli bir video da göstərə bilərsiniz. Psixotəhlilin dərinliklərinə enməyə ehtiyac yoxdur.
3.Sualları sonra verin
Bir-birinizi tanımaq zamanı ikincə dəfə görüşmək istədiyinizdən sonra gələcək. Məhz o vaxt müzakirə üçün mövzu bol olacaq. Əgər seksdən sonra həmin qızla yenə görüşmək istəyi varsa, onun da bu barədə fikirlərini öyrənin. Cavab müsbət olduqda, qaydaları qoyun və davam edin.
4.İfrata varmayın
Təsəvvür edin ki, ilk dəfə buyabes hazırlmaq istəyirsiniz. Bu zaman ədviyyatlarla eksperiment aparmağınız doğru olmaz. Nəticədən əmin olmadığınız halda, həddindən artıq zəfəran və ya sarıkök şorbanın dadına mənfi təsir göstərə bilər. Təsadüfi seksdə vəziyyət eynidir – bilinən yolnan gedin, özünüzdən Amerika ixtira etməyin. Yəni özünüzü supermen kimi göstərməyə ehtiyac yoxdur. Bu cür seks – şənlənmək üçün əla şansdır. Buna görə də, özünüzə əlavə problem yaratmayın.
5.Əmin olun ki, baş verənlərə eyni gözlə baxırsınız
Adi və təsadüfi seks arasındakı fərq nədir? O, mütləq qaydada hər iki tərəfin razılığı ilə baş verir. Gecəni bir yerdə keçirmək istədyiniz qıza öncədən deyin ki, bu gələcəkdə ünsiyyətin yaranmasını təmin etmir.
6.Münasibətləri dərinləşdirməyin
Ən ideal təsadüfi seksin finalı – işinizi bitirdikdən sonra şalvarnızı geyinib qapıdan çıxırsınız. Çalışın cinsi əlaqədən sonra xoş söhbətlərə və romantik qucaqlaşmalara yer olmasın. Qətiyyən səhər yeməyinə qalmayın. İstənilən birgə keçirilən zaman asılılıq yaradır. Birdə ayılacaqsınız ki, ona SMS göndərirsiniz, yazışırsınız və s. Yox, əgər siz bu gedişatdan razısınızsa bu başqa məsələ.
7.Qıza bağlanmayın
Bu təsadüfi seksin əsas qaydasıdır. Açığı, siz ona maksimal şəkildə laqeyd yanaşmalısınız. Onun kiminlə yaşaması, nə geyindiyi, kimlə danışdığı sizi maraqlandırmamalıdır. Aranızda olanı bütün dünyaya car çəkməyin. O sizin sevdiyiniz qız deyil. Əgər onu dükandan götürmək üçün beş kilometr yol qət etməyə hazırsınızsa, deməli nəzarətdən çıxmısınız. Əgər siz öhdəlikisiz sekslə məşğul olmaq istəyirsinizsə, sadəcə bunu edin.Gent.az