
“Təzə Pir” məscidində yas mərasimlərinə məhdudiyyət qoyuldu
“Təzə Pir” məscidində ehsan verilməsi məhdudlaşdırılıb.
Bu barədə Busaat.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən həftə koronavirus təhlükəsi ilə bağlı verilən tövsiyələrə uyğun olaraq, məscidin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub:
“Məhdudiyyətin nə zamana qədər davam edəcəyi ilə bağlı hələlik məlumat yoxdur”.






















