“Tezliklə Ermənistanın rüsvayçı şəkildə kapitulyasiyasının şahidi olacağıq” – Partiya sədri

“Tezliklə Ermənistanın rüsvayçı şəkildə kapitulyasiyasının şahid olacağıq” – Partiya sədribackend

“Ermənistan rəhbərliyində az da olsa siyasi müdriklik varsa, o Azərbaycanın sülh şərtləri ilə razı olmalıdır”.
Bunu dövlət başçımız İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsinin detallarına toxunan Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan tərəfi münaqişənin sülh yoluyla nizamlama prinsiplərinə hər zaman sadiq olub və terrorçu Ermənistandan fərqli olaraq, bir sivil dövlət kimi üzərinə düşən öhdəlikləri
yerinə yetirməyə həmişə hazırdır:
“Moskva danışıqlarından sonra da Azərbaycan öz üzərinə
götürdüyü öhdəlikləri birtərəfli qaydada yerinə yetirməyə davam edir və münaqişənin sülh
yolu ilə həllinə üstünlük verir. Lakin danışıqlardan heç 24 saat keçməmiş Ermənistan silahlı qüvvələri
gecə vaxtı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmaqla, misli görünməmiş terror hadisəsi törətdi.
Bu terror aktı nəticəsində bizim çoxlu sayda mülki sakinlərimiz həlak oldu. Ölən və yaralanan insanlar
arasında körpə uşaqlar, qocalar və qadınlar çoxluq təşkil edir. Bu, ermənilərin gerçək üzü,
Ermənistan dövlətinin faşist və terrormu ölkə olduğunu bir daha nümayiş etdirdi”.
Əlisahib Hüeynov vurğulayıb ki, Ermənistan tərəfi real döyüş meydanında məğlubiyyətlərini ört-basdır etmək üçün mülki sakinlərimizi hədəf alır. Bu isə hərbi cinayətdir:
“Vəziyyətin bu cür qaynar fazaya daxil olmasında Azərbaycanın təqsiri yoxdur. Bütün təqsir işğalçı siyasət yürüdən hazırkı Ermənistanın rəhbərliyinin üzərinə düşür. Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyətin bu həddə çatmasında şəxsən günahkardır. Prezident İlham Əliyev TASS-ın müxbirinə müsahibəsində tamamilə haqlı olaraq qeyd etdi ki, Ermənistan
tərəfi heç bir beynəlxalq konvensiyaları və qanunları tanımır, əldə olunan humanitar atəşkəsin
prinsiplərinə belə məhəl qoymaq istəmir. Hətta düşmən tərəf işğal etdiyi Azərbaycan rayonlarının, kəndlərinin hətta adlarını da dəyişdirmişdi. Bu onu göstərir ki, Ermənistan tərəfi işğal etdikləri ərazilərimizi əslində geri qaytarmaq fikrində olmayıb”.
Partiya sədri onu da qeyd edib ki, Ali Baş Komandanımız müsahibəsində düşmənin artıq öz məğlubiyyətlərini anladığını xüsusi olaraq vurğulayıb:
“Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yaxşı bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışını belə
Ermənistana güzəşt etməyəcək. Azərbaycan nəyin bahasına olursa olsun, öz torpaqlarını işğaldan azad
edəcək. Prezident onu da vurğuladı ki, biz müharibənin tərəfdarı deyilik, qan
tökülməsini istəmirik və əgər Ermənistan tərəfi işğalçı mövqeyindən əl çəkib konstruktivlik nümayiş
etdirərsə, eləcə də baza prinsiplərinin əsasında sülh danışıqlarının davam etdirilməsinə hazırdırsa, o
zaman biz də sülh danışıqlarına hazırıq. İlham Əliyev düşmən tərəfdən fərqli olaraq, Azərbaycanın
həqiqətən də sülh tərəfdarı olduğunu bir daha nümayiş etdirdi”.
Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90