Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakı şəhərində “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim keçirilib.
Aprelin 28-dən mayın 2-dək TİKA və Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakıda təşkil olunan “Yanıq yaralarının müalicəsi” mövzusunda təlimdə 40 həkim və səhiyyə işçisi iştirak edib. Təlimi uğurla başa vuranlara sertifikatlar təqdim olunub.
Bakıda keçirilən təlim proqramının başlanğıc mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in vitse-prezidenti Anar İsrafilov, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Tibbi Planlaşdırma şöbəsinin müdiri Hikmət İbrahimov, xəstəxana rəhbərləri və həkimlər iştirak ediblər.
Mərasimdə çıxış edən TƏBİB-in vitse-prezidenti Anar İsrafilov 2022-ci ildə Türkiyənin Ağdam və Zəngilanda TİKA xətti ilə qurduğu iki səyyar klinikanın Vətən Müharibəsi zamanı cəbhə xəttində yaralananlara ilk tibbi yardımın göstərilməsi baxımından əhəmiyyətli işlər gördüyünü, TİKA və Türkiyəyə dəstəklərinə görə təşəkkür edib.
“Bu maarifləndirici tədbirlər Bakıda yanıq mərkəzlərinin inkişafına və xəstələrin daha keyfiyyətli səhiyyə xidmətlərindən istifadə imkanlarını artıracaq”, – İsrafilov bildirib.
TİKA-nın fəaliyyətə başladığı gündən Azərbaycanda həyata keçirdiyi 1500-dən çox layihənin yüzdə 20-nin sağlamlıq layihələri olduğunu bildirən TİKA Bakı Proqram Koordinatoru Özçelik: “İki ölkə arasında təcrübə mübadiləsi, əhalinin sağlamlığının qorunması, səhiyyə infrastrukturunun gücləndirilməsi və insan potensialının artırılması, ixtisaslı səhiyyə xidmətlərinə sürətli çıxışın təmin edilməsi kimi sahələrdə layihələr həyata keçiririk. Layihələrimizin hər beşindən biri səhiyyə sahəsinə aiddir”. -deyə bildirib.
Tibb elmləri doktoru Sabri Demir bildirib ki, Türkiyədə 27 Yanıq yaralarının müalicəsi Mərkəzi və 42 yanıq yaralarının müalicəsi bölməsi var.
“TİKA-nın təşkil etdiyi təlimlər vasitəsilə Türkiyənin bu sahədəki təcrübəsini Azərbaycana köçürərkən həmkarlarımızla da məlumat mübadiləsi aparmaqdan çox xoşbəxtik.” -deyə Sabri Demir bildirib.