“Tiktok”çunun öldürülməsi ilə bağlı detallar üzə çıxdı

image-1699858034tiktokkkerbackend

Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı tiktokda videoları ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu Ə.Nəsibovun azyaşlılarla bağlı qeyri-etik hərəkətlər etdiyini iddia edib. O, ilkin ifadəsində 32 yaşlı şəxsi bu səbəbdən parkda “Makarov” markalı tapança ilə güllələdiyini bildirib.

Hadisənin görüntüləri ərazidəki kameraya düşüb.

Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki