Tokio-2020-də medal sıralaması

image-medalbackend

Tokio-2020 Yay Olimpiya Oyunlarında 8-ci gün başa çatıb.

Busaat.az xəbər verir ki, bu gün daha 21 dəst medal sahibini tapıb.

Azərbaycan da bu gün ilk medalını qazanıb. Cüdoçumuz İrina Kindzerska bürünc mükafata sahib olub. Yarımfinala yüksələrək  medalçılar arasında yerini təmin edən boksçu Alfionso Dominqesin mükafatının əyarı isə hələ dəqiqləşməyib.

Medalçılar siyahısına ötən gün olduğu kimi Çin (19 qızıl, 10 gümüş, 11 bürünc) başçılıq edir. Yaponiya ikinci (17 qızıl, 4 gümüş, 7 bürünc), ABŞ üçüncüdür (14 qızıl, 16 gümüş, 11 bürünc).

Azərbaycan bir bürünclə 63-70-ci  pillələri bölüşdürür.

yer ölkə qızıl gümüş bürünc cəmi
1 Çin 19 10 11 38
2 Yaponiya 17 4 7 28
3 ABŞ 14 16 11 41
4 Rusiya OK 10 14 10 34
5 Avstraliya 9 2 11 22
6 Böyük Britaniya 6 9 9 24
7 Cənubi Koreya 5 4 6 15
8 Niderland 3 7 5 15
9 Fransa 3 5 5 13
10 Almaniya 3 4 9 16

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90