Tomas Müller Almaniya millisindəki karyerasını bərpa edir

image-tomas-mullerbackend

“Bavariya” klubunun futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bərpa edir.

Busaat.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 34 yaşlı hücumçunu yoldaşlıq oyunları üçün yığmaya çağırıb.

Təcrübəli futbolçu Dortmund “Borussiya”sında çıxış edən və zədə səbəbindən düşərgəyə qoşula bilməyən Niklas Fyullkruqu əvəzləyəcək.

Qeyd edək ki, Tomas Müller Qətərdəki dünya çempionatı ərəfəsində millidəki karyerasını bitirdiyini açıqlamışdı. Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə yoldaşlıq görüşü keçirəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki