Tövlədə 25 yaşlı qardaşının meyitini tapdı

image-meyit-4backend

Kürdəmirdə gənc oğlan intihar edib.

Busaat.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Kərimov Xəyal Fətəli oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Onun meyitini qardaşı tapıb və ailə üzvlərinə məlumat verib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki