Toyda mahnı sifarişi üstündə qonağı döyərək bıçaqladılar – QƏRAR

image-toy6backend

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada tərqsirlədirilən Mahmud Mahmudovun və onun dayısı oğlu Zeynal Ziyadovun (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 13 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Masallı şəhəri Qarabağ küçəsində yerləşən “Mübarək” şadlıq sarayında qeydə alınıb.

Belə ki, sözügedən sarayda Mahmud Mahmudovun xalası oğlunun toy mərasimi keçirilib. O, məclisdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətində dayısı oğlu Zeynal Ziyadovla birlikdə tanımadıqları zərərçəkmiş Nizam Həsənovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə toy şənliyində Mahmudun ilk mahnı sifarişinin ifa olunacağı ilə bağlı olub. Nizamın anasının orada olmasına əhəmiyyət verməyən Mahmud zərərçəkmiş şəxsin üzərinə hücum edib, onun burun nahiyəsinə bir dəfə baş zərbəsi ilə endirib. Sonra o, bıçaqdan Nizamın sağ əl nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Bu zaman Zeynal da zərərçəkmiş şəxsin dodaq nahiyəsinə bir dəfə yumruq zərbəsi endirərək ona bədən xəsarətləri yetiriblər.

Hadisədən sonra hər iki şəxs saxlanılıb və Masallı Rayon Məhkəməsinin hökmü onlara 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki