Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.48 $▼1.81%
  • WTI neft89.71 $▼1.54%
  • Avropa qazı (TTF)87.28 €▲1.97%
  • Təbii qaz (ABŞ)3.003 $▼0.66%
  • Qızıl4 105 $▼0.55%
  • Gümüş52.25 $▼1.56%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda587.75 ¢▼0.63%
  • Bitcoin73 842 $▼1.18%
  • Ethereum2 087 $▼1.79%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Toyuq əti bahalaşdı - VİDEO

image-3473945
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir.

Busaat.az  xəbər verir ki, satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.

Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının rəhbəri Mürvət Həsənli isə bahalaşmaya yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərin səbəb olduğunu vurğulayıb.

Gündəlik tələbat malları arasında xüsusi yer tutan toyuq ətinin qiyməti artıb. Satıcılar deyirlər ki, hazırda bu məhsul ötən aylara nisbətən 1-2 manat arasında bahalaşıb.

Bəzi satıcılar isə firmaların əvvəlki kimi toyuq gətirmədiyini deyirlər. Ya sayı çox az gəlir, ya da ümumiyyətlə günlərlə gəlmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da bahalaşmanın olduğunu təsdiqləyib. Qurumun rəhbəri Mürvət Həsənli bildirib ki, toyuq məhsullarının bahalaşması yalnız yemlə əlaqəli deyil.

Mürvət Həsənli onu da əlavə edib ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75087