“TuranBank”ın külli miqdarda vergi borcu üzə çıxdı (FAKT)

image-26f34f2375646ec22097eee7386711ce310742459_897928911593515_1552462712173873329_n-jpgbackend

“TuranBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 80 milyon 5 min 244 manat, qanuni təmsilçi Musayev Fəzail Misgər oğlu olan “TuranBank” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 304 min 780 manat 83 qəpik borcu var.

Qeyd edək ki, “TuranBank”ın sahibi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevdir.

Sentyabrın 1-də bankın sədri təyin olunan Fəzail Musayev Məmməd Musayevin yaxın qohumudur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90