Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.96 $▲6.81%
  • WTI neft91.76 $▲5.89%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.980 $▲1.64%
  • Qızıl4 052 $▼2.36%
  • Gümüş51.46 $▼3.08%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.25 ¢▼0.75%
  • Bitcoin75 661 $▼0.40%
  • Ethereum2 230 $▼0.23%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Media

Türkdilli ölkələrin jurnalistləri üçün təlim - Fotolar

image-ehmedddd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

24 apreldə Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi baş tutub.

Busaat.az xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və bacarıqların təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv və səmərəli platformadır.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova universitetin bu istiqamətdəki fəaliyyəti və bir həftə davam edəcək təlimlərin proqramı barədə məlumat verib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub.

Sonra tədbir ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən “Müasir qlobal media trendləri”, xarici ekspert Ornella Ramasauskaite tərəfindən “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi” mövzularında təlimlərlə davam edib.

 

 

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107701