Türkiyə-İsrail yaxınlaşmasında İran faktoru: “Bu münasibət Tehranı çox narahat edəcək”

image-b_2432021pb0ij3kesmficosjm79r1rsudbackend

“Türkiyə-İsrail münasibətlərinin normallaşması Azərbaycan üçün faydalı olacaq”.

Bu sözləri İsrail Prezidenti İshaq Hersoqun martın 9-10-da Türkiyəyə gözlənilən səfərini şərh edən politoloq Elman Vəliyev Busaat.az-a açıqlamasında deyib.

Politoloqa görə, İsrail Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır:

image-elman-veliyev

Azərbaycan-İsrail münasibətləri qarşılıqlı əməkdaşlıq şəraitində artan xətlə davam etməkdədir. Ancaq Türkiyə ilə İsrail əlaqələri nizamlı şəkildə deyildi. Türkiyə-İsrail münasibətlərinin normallaşması Azərbaycan üçün faydalı olacaq. Lakin son zamanlar siyasi arenada bir xeyli dəyişikliklər oldu. İsrail tərəfi Türkiyə ilə münasibətləri stabilləşdirmək üçün mühüm addımlar atır. Mossad ilə MİT arasında əməkdaşlıq var. Bu yaxınlarda Britaniyanın vasitəçiliyi ilə iki tərəf arasında müsbət diplomatiya quruldu. Türkiyənin İsrail ilə əməkdaşlığı gücünü beş qat artırmaq deməkdir. İsrail dünyanı idarə edən güclər sırasındadır. İllumintinin formalaşmasında və dünya idarəsini ələ almaq üçün səylərdə İsrail öndə gedir.

Bildiyimiz kimi, Türkiyə valyuta problemi ilə üzbəüzdür. Lirənin dollar qarşısında dəyərini itirməsi iqtisadiyyatda sıxıntılar yaradıb. Türkiyə ilə İsrail münasibətləri nizamlandıqdan sonra bu problem aradan qalxa bilər. İsrail çox önəmli silah arsenalına malik dövlətdir və bu silahları hər dövlətə satmır. İki tərəf arasında hərbi əməkdaşlıq, qarşılıqlı silah alveri baş tut bilər. İsrail tərəfi Türkiyədən Həmas əlaqələrini məhdudlaşdırmasını istəyə bilər. İsrail üçün potensial bir təhdid Həmas və İrandır. İki tərəf arasında əlaqələr İranı çox narahat edəcək. Ola bilsin ki, İran bunu koalisiya kimi qələmə verə bilər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki