Türkiyə mediası ÇALXALANIR – Məşhur futbolçunu öldürməsi üçün arvadı QATİL TUTDU

Türkiyə mediası ÇALXALANIR – Məşhur futbolçunu öldürməsi üçün arvadı QATİL TUTDUbackend

Keçmiş türkiyəli futbolçu Əmrə Aşiqin həyat yoldaşı Yağmur, ərinin öldürülməsi üçün muzdlu qatil sifariş verib.

Busaat.az xəbər verir ki, eks Qalatasaraylı Aşiqin ölümünə görə muzdlu qatilə bir milyon dollar vəd olunub. Yağmur Aşiq ilk olaraq öz sevgilisinə qətli törətməyi təklif edib. Lakin Yağmurun gizli sevgilisi olan Erdi Sunqur Türkiyə yığmasının keçmiş müdafiəçisini öldürməkdən imtina edib.

Məlumata görə, Yağmur Aşiq həyat yoldaşını miras səbəbindən öldürməyə qərar verib. Qətli törətməkdən imtina edən Yağmurun sevgilisi, üç nəfəri öldürmə səbəbindən həbs həyatı yaşamış muzdlu bir qatil tapıb. Qadın muzdla tutulan şəxsə hətta tapança belə verib. Bundan başqa qətldən sonra ərinin basdırılacağı gizli ərazini də göstərib.

Lakin muzdla tutlan qatil son anda cinayət törətməkdən imtina edərək bütün olanları futbolçunun özünə danışıb.

Yağmur Aşiq və sevgilisi polis tərəfindən həbs edilib.

Əlavə edək ki, rəsmi olaraq evli olan cütlüyün 3 uşağı var

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90