Türkiyə parlamentində portağallı etiraz – Video

image-portakalbackend

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində büdcə müzakirələri yenə qalmaqalsız ötüşməyib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının millət vəkili Burak Erbay tribunaya əlində bir qutu portağal ilə çıxıb və çıxışının sonunda portağalları kürsünün üzərinə töküb.

Erbay bununla portağal istehsalçılarının çətin vəziyyətdə olduğuna diqqət çəkmək istəyib.

Portağal istehsalçısı bir ailənin övladı olduğunu vurğulayan millət vəkili deyib: “Mən bu portağallar sayəsində təhsil aldım. İstehsalçılar çətin vəziyyətdədirlər. Kəndlilər gübrə, dərman ala bilmirlər. Mersində limon istehsalçıları ağacları kəsirlər. İndi sıra sitrus meyvələri istehsal edənlərdədi. Əgər Rusiya ilə danışıqlar aparıb sərhədlər açılmazsa, sitrus ağacları da kəsilməli olacaq”.

O, çıxışını başa vurduqdan sonra portağalları tribunaya boşaldıb.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90